Azərbaycan səmasında Ay ətrafında nəhəng halqa müşahidə olunub - FOTOLAR

Şirvan şəhərində Ayın ətrafında nəhəng dairə müşahidə olunub.

Metbuat.az report.az-a istinadən bildirir ki, mütəxəssislərin bildirdiyinə görə, bu, halo dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir.

Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, Traposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.

Şirvan şəhərində bu təbiət hadisəsi saat 22.00-dan etibarən müşahidə olunmaqdadır.

Günün qoroskopu - Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR