Bolqarıstanda anti-terror əməliyyatı zamanı 43 nəfər saxlanılıb

Bolqarıstanda anti-terror əməliyyatı zamanı 43 nəfər saxlanılıb
02:22 19 Yanvar 2019
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bolqarıstanın xüsusi xidmətləri tərəfindən beynəlxalq terrorçuluğun maliyyələşdirilməsinə qarşı keçirilən əməliyyat zamanı 43 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, xüsusi əməliyyat paytaxt Sofiya da daxil olmaqla Bolqarıstanın 7 şəhərində keçirilir.

Məlumata əsasən, ölkə daxilində "havala" sistemi (qeyri-rəsmi maliyyə-hesab sistemi) ilə "iri pul köçürmələri" qeydə alınıb. Əməliyyat zamanı xüsusi xidmətlər tərəfindən 32 min avroya yaxın pul, sənədlər və digər dəlillər aşkar edilərək götürülüb.

Qeyd edilir ki, paytaxt Sofiyada əsas şübhəlilərdən biri Bolqarıstanda yaşayan Suriya vətəndaşı saxlanılıb. O, beynəlxalq terror təşkilatlarına loqistika və maliyyə dəstəyi göstərdikləri ehtimal edilən insanlarla əlaqədə olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3007700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR