Liviya sahillərində miqrantları daşıyan gəmi batıb: 14 nəfər itkin düşüb

Liviya sahillərində miqrantları daşıyan gəmi batıb: 14 nəfər itkin düşüb
06:36 19 Yanvar 2019
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Liviya sahillərindən 50 kilometr aralıda göyərtəsində azı 20 miqrant olan gəmi batıb.

Trend-in məlumatına görə, batan miqrantların xilas edilməsi üçün Liviyanın sahil mühafizəsi xidməti ilə əlaqədə işləyən İtaliya HDQ-nin helikopteri cəlb edilib.

Məlumata əsasən, batan gəmi İtaliyanın hərbi təyyarəsindən görülüb. Gəminin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə xilas edilib.

Bildirilir ki, 14 miqrantın axtarışları davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3007728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR