Gürcü deputat: “20 Yanvar Azərbaycan üçün dönüş nöqtəsi oldu”

Gürcü deputat: “20 Yanvar Azərbaycan üçün dönüş nöqtəsi oldu”
09:13 19 Yanvar 2019
35 Digər
Ölkə mətbuatı
A- A+

“20 Yanvar yeni, müstəqil, azad və inkişaf edən Azərbaycan üçün dönüş nöqtəsi olub”.

Publika.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Giorgi Mosidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin gün azadlıq tələb edən Azərbaycan xalq can verməkdə olan imperiyanın qalıqları altında əzilib: “Gürcüstanda da 1989-cu il aprelin 9-u faciəvi tarixdir. Lakin eyni zamanda məhz həmin faciəvi günlərdə həm Azərbaycan, həm də Gürcüstanda yeni dövr yarandı”.

Deputat Azərbaycanın hər zaman müstəqil olaraq inkişaf edəcəyinə əmin olduğunu bildirib: “Azərbaycanın inişafına nə hər hansı bir xarici qüvvə, nə də hər hansı bir çəkişmə mane ola biləcək”. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/266716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR