20 Yanvar faciəsi ilə əlaqədar Vyetnamın Hanoy Universitetində tədbir keçirilib

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən Hanoy Universitetində tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Universitetin tələbə və professor-müəllim heyəti iştirak edib.

Tədbirdə çıxış edən səfir Anar İmanov 20 Yanvar faciəsi haqqında dolğun məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir 20 Yanvar gününün xalqımızın tarixi yaddaşında dərin hüzn izini buraxması ilə yanaşı milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk edildiyini, habelə Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda apardığı bu mübarizənin tariximizin şanlı qəhrəmanlıq səhfəsi olduğunu xüsusi vurğulayıb.

A.İmanov 1990-cı ilin 19-20 yanvarında baş verən faciəli hadisələrin dağılmaqda olan sovet imperiyasının hərbi maşınının milli azadlıq hərəkatımızı qana bürümək məqsədini daşıdığını bildirərək onun Azərbaycan xalqının iradəsini sarsıtmaq və öz müstəqillik uğrunda apardığı mübarizədən çəkindirməyə müvəffəq olmadığını qeyd edib bu hərbi təcavüzü xalqımıza qarşı törədilən bir dəhşətli cinayət kimi qiymətləndirib.

Daha sonra səfir ümummilli lider Heydər Əliyevin baş verən bu faciə ilə bağlı Azərbaycan xalqının kəskin etirazını bütün dünyaya çatdıraraq həmin cinayətin törədilməsində bütün müqəssir olanların məhkum edilməsini tələb etdiyini bildirib. A.İmanov məhz ulu öndər Heydər Əliyevin qətiyyəti və cəsarəti sayəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildiyini xüsusi qeyd edib.

Həmçinin tədbir əsnasında səfir A.İmanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında toplantı iştirakçılarına müfəssəl məlumat verib. Səfir Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin müddəalarının yerinə yetirilməsinin rəsmi Yerevan tərəfindən tamamilə rədd edildiyini bildirərək münaqışənin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının mümkünlüyünü qeyd edib.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR