​ABŞ və Çin güclərini birləşdirir - Ayın qaranlıq üzü aydınlanacaq

ABŞ və Çinin kosmik agentlikləri Ayın kəşfiylə bağlı güclərini birləşdirir.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, bununla bağlı ilk açıqlamanı NASA kosmik agentliyinin elm nümayəndə heyətinin müştərək rəhbəri Thomas Zurbuchen şəxsi Tvitter hesabında paylaşıb. Bildirib ki, ABŞ-ın kosmik agentliyi Çinin Aya göndərdiyi “Chang'e 4” adlı kosmik cihazının eniş detallarını araşdırma üçün rəsmi Çinə müraciət edib. Çin də ABŞ-a detallar barədə məlumatı tam verib.

NASA-nın topladığı bu məlumatların gələcəkdə aparılan kosmik araşdırmalarda ona dəstək ola biləcəyi vurğulanır. NASA-nın “Lunar Reconnaissance Orbiter” (LRO) adlı kosmik aparatı yanvarın 31-də “Chang'e 4” kosmik cihazının endiyi yerdən keçəcək. ABŞ və Çin kosmik agentliklərinin müttəqfiqliyi nəticəsində əldə ediləcək yeni məlumatlar fevral ayında Avstriyada keçiriləcək Birləşmiş Millətlər Kosmik İclasında paylaşılacaq.

Qeyd edək ki, Çinin “Chang'e 4” adlı kosmik aparatı Ayın qaranlıq tərəfinə eniş edən ilk kosmik cihaz olub. Onun Ayın səthi ilə bağlı geniş araşdırma aparacağı və minerallar haqqında məlumat toplayacağı planlaşdırılır.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bu günün HAVASI mülayim və yağmursuz olacaq –PROQNOZ – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR