28 ildən sonra qohumlarını tapan Zaur göz yaşlarını saxlaya bilmədi - VİDEO

Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev aparıcısı olduğu "BizimləSən" verilişində Qazaxıstanda yaşayan qohumlarını tapıb.

Metbuat.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, bir müddət əvvəl aparıcı canlı efirdə bildirib ki, uzun illərdir əmisi uşaqlarını görmür. Zaur proqramın əməkdaşlarına əmisi uşaqlarını tapmağı tapşırıb.

Ötən gün isə verilişdə yaradıcı heyət aparıcının qohumlarını tapdıqlarını bildirib.

Z. Baxşəliyevin Qazaxıstanın Almatı şəhərində yaşayan qohumları skayp bağlantısı ilə onunla danışıblar.

28 ildən sonra qohumlarını tapan Zaur Baxşəliyev göz yaşlarına hakim ola bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR