Lənkəranda partlayış nəticəsində yanıq xəsarəti alan 80 yaşlı kişi xəstəxanada ölüb

Lənkəranda partlayış nəticəsində yanıq xəsarəti alan 80 yaşlı kişi xəstəxanada ölüb
10:57 19 Yanvar 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran. 19 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda partlayış nəticəsində yanıq xəsarətləri alan 80 yaşlı kişi xəstəxanada ölüb.
"Report"un Cənub bürosu xəbər verir ki, rayonun Kərgəlan kənd sakini 80 yaşlı Əlipaşa Miriyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib. 
Bir həftə əvvəl xəstəxanaya 3-cü dərəcəli yanıq diaqnozu ilə gətirilən Ə.Miriyevin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Ə.Miriyev yaşadığı mənzildə baş verən partlayış nəticəsində ağır yanıq xəsarətləri almışdı. Hadisə vaxtı Ə.Miriyev evdə tək olub. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-yaniq-xesareti-alan-80-yasli-kisi-xestexanada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR