Balakən sakinlərindən qanunsuz saxladıqları silahlar götürüldü - DİN

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, yanvarın 18-də Balakən rayon Polis şöbəsinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Katex kənd sakinləri Tural Nürəddinov və Rəhman Afraimovdan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR