Salyanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Salyanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
11:47 19 Yanvar 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Salyan rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri Səfər Məlikov və Cabbar Vahabov saxlanılıblar.
S.Məlikovdan çəkisi 425 qram, C.Vahabovdan isə 485 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-kulli-miqdarda-narkotik-qanunsuz-dovriyyeden-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR