Lənkəranda partlayış nəticəsində yanıq xəsarəti alan 80 yaşlı kişi xəstəxanada öldü

Lənkəranda partlayış nəticəsində yanıq xəsarəti alan 80 yaşlı kişi xəstəxanada öldü
12:22 19 Yanvar 2019
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda partlayış nəticəsində yanıq xəsarətləri alan 80 yaşlı kişi xəstəxanada ölüb.Milli.Az report-a istinadən xəbər verir ki, rayonun Kərgəlan kənd sakini 80 yaşlı Əlipaşa Miriyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib. Bir həftə əvvəl xəstəxanaya 3-cü dərəcəli yanıq diaqnozu ilə gətirilən Ə.Miriyevin həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, Ə.Miriyev yaşadığı mənzildə baş verən partlayış nəticəsində ağır yanıq xəsarətləri almışdı. Hadisə vaxtı Ə.Miriyev evdə tək olub. Faktla bağlı araşdırma aparılır.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/722704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR