Naxçıvanda ötən il 35 mln. manatdan çox nağdsız ödəniş həyata keçirilib

Naxçıvanda ötən il 35 mln. manatdan çox nağdsız ödəniş həyata keçirilib
12:42 19 Yanvar 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında əsas ödəniş vasitələrindən olan POS-terminalların sayı 1 yanvar 2019-cu il tarixə 1 272-yə çatdırılıb, yenilərinin quraşdırılması hazırda davam etdirilir.
“Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elvin Axundov məlumat verib.
“2018-ci ilin yanvar-dekabr ayları ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 35,093 mln. manat olub. Aparılan nağdsız ödənişlərin 11,149 mln. manatı POS-terminallar vasitəsilə, 23,944 mln. manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib. Vətəndaşlara müasir bank xidməti göstərilməsi məqsədilə cari il ərzində 7 yeni bankomat quraşdırılaraq onların sayı 111-ə, muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların ümumi sayı isə 269 625-ə çatıb.”,- deyə o qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/naxcivan-muxtar-respublikasinda-oten-il-35-9-mln-manat-hecminde-nagds

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR