ABŞ-dan TARİXİ ETİRAF : "Türklərə borcluyuq, çünki YPG-ni silahlandırdıq və..."

ABŞ-dan TARİXİ ETİRAF : "Türklərə borcluyuq, çünki YPG-ni silahlandırdıq və..."
12:48 19 Yanvar 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

“YPG PKK-nın siyasi qoludur. PKK ilə əlaqəsi var. Sübutlar açıq və dəqiqdir. Müttəfiqimiz Türkiyə ilə yaratdığımız problemi həll etməliyik”.

Publika.az xəbər verir ki, bu sözləri Amerikalı senator Lindsi Qrem deyib.

Senator bildirib ki, münasibətləri inkişaf etdirmək üçün şanslar var:

“Bizimlə birlikdə İŞİD-ə qarşı mübarizə aparanlara borcluyuq. Səhvlərimizi düzəltmək üçün fürsətlərimiz və vaxtımız azalır. İŞİD hələ də dağlardadır. Trampa Obama kimi səhvlər etməməsi üçün xəbərdarlıq etmişəm. Obama YPG-nı silahlandıraraq Türkiyə üçün kabusa çevirdi. ABŞ əsgərləri bu dəqiqə geri çəkilsə, Suriyada böyük müharibə başlayar. Təhlükəsiz bölgə Türkiyənin təhlükəsizliyi üçün qurulacaq”.

Gülxar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/266746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR