Ekspert: "Bu il neftin qiyməti 55 dollardan artıq olacaq"

Ekspert: "Bu il neftin qiyməti 55 dollardan artıq olacaq"
12:52 19 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

"Bu il dünyada neftin qiyməti 55 dollar həddindən yüksək olacaq, amma 80 dollar səviyyəsinə çatmayacaq".Milli.Az xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert Leonid Xazanov deyib.Ekspertin sözlərinə görə bu, onunla bağlıdır ki, bir tərəfdən OPEK+ ölkələri neft hasilatını sutkada 1,2 milyon barrel azaltmaq qərarına gəlib, amma digər tərəfdən ABŞ "qara qızıl"ın ixracatçısına çevrilərək bazar konyunkturuna təzyiq göstərir:"Qlobal iqtisadiyyatdakı problemlər də öz rolunu oynayır. Ona görə də neftə tələbatın genişlənəcəyini gözləməyə dəyməz".O əlavə edib ki, qlobal neft bazarındakı vəziyyət Rusiya, Azərbaycan və Qazaxıstanda vergi gəlirlərinin həcminə və dinamikasına təsir edəcək.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/722717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR