Vəzifə verilən Zaur canlı yayımda işçilərini tənqid etdi - Xoşunuz gəlmirsə... - FOTO

Vəzifə verilən Zaur canlı yayımda işçilərini tənqid etdi - Xoşunuz gəlmirsə... - FOTO
13:27 19 Yanvar 2019
242 Şou
Ölkə mətbuatı
A- A+

Ötən ilin sonunda "Xəzər FM" və "100.5 FM" radiosunun direktoru təyin edilən Zaur Kamal, aparıcısı olduğu proqramın canlı yayımında işçilərini sərt tənqid edib.Milli.Az xəbər verir ki, efir vasitəsi ilə telekanal əməkdaşlarına xəbərdarlıq edən Zaur, onları işləmək istəməməkdə suçlayıb.Aparıcı qəzəbini efirdə gizlədə bilməyib:"Prodüserlərimizdən biri zəng edib deyir ki, ayağım ağrıyır. Biri zəng edir ki, başım ağrıyır. Bunlara artıq söz demək olmur. Biz bunları bu ailədə saxlayırıq, böyüdürük. Başa salırıq ki, belə etmək lazımdır. Mən onlardan yaşda böyüyəm həm də. Onlara bir dənə söz dedin... Biri zəng edib ki, "Dünən anam mənə deyir ki, Zaur dünən səni efirdə niyə acılayıb". Yalan deyir ha, ana elə söz deməyib. Bunlar istəyirlər ki, keflə hərəkət etsinlər. İstəyirlər ki, hər şey onlar üçün gözəl olsun. Amma biz neçə ildir işləyirik (Saz ifaçısı Aqşinə xitabən)?! Davamız da oldu. Amma bunlar bilmirəm niyə belədirlər. Bura bağça deyil. İşləyən işləyəcək, işləməyən də... Biz bunlara nə edirik?" Təhməz Təkin
Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/722761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR