Avropanın axtardığı müsəlman tutuldu

Avropanın axtardığı müsəlman tutuldu
11:06 14 Yanvar 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+

Barəsində bütün Avropada axtarış elan edilən və həbs əmri çıxarılan 28 yaşlı Fransa vətəndaşı Fritz Coli Caquin (Fritz Jolie Joaquin) Bolqarıstandan Türkiyəyə keçməyə cəhd edərkən yaxalanıb.

ANS PRESS-in məlumatına görə, o, Fransanın paytaxtı Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasına silahlı basqın edərək 12 nəfəri öldürən Şərif və Səid Kuaşi qardaşları ilə əlbir olmaqda günahlandırılır.

Terrorda əli olduğu iddia edilən fransalı Kapıkülenin qarşısındakı "Kapitan Andreevo" gömrük məntəqəsində saxlanılıb. Fritz Türkiyəyə keçmək istəyərkən yanında 3 yaşlı oğlu Abdul Rəhman da olub. Onun saxlanılmasına səbəb də elə bu olub. Gənc atanı, uşağı anasının icazəsi olmadan ölkədən çıxarması ələ verib.

Fransa polisi indi onun barəsində "Sui-qəsd hazırlamaq və terror hadisələri planlaşdırmaq" ittihamları ilə yanaşı, "ananın icazəsi olmadan uşağı ölkə xaricinə çıxarmaq" maddəsilə cinayəti işi açıb.

Bolqarıstanın Haskovo şəhərində tutulan şübhəli Fritz Coli Caquin barəsində məhkəmə tərəfindən təhvil proseduru qərarı 16 yanvarda çıxarılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR