Naxçıvanda əhalinin xarici valyutadakı əmanətlərinin həcmi azalıb

Naxçıvanda əhalinin xarici valyutadakı əmanətlərinin həcmi azalıb
13:52 19 Yanvar 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ 1 yanvar 2019-cu il tarixinə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6,566 mln. manat olub.
“Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elvin Axundov məlumat verib.
“Banklara qoyulan əmanətlərin həcmini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə manatla olan əmanətlərin həcmində 660 min manat artım, xarici valyuta ilə olan əmanətlərdə isə 621 min manat azalma müşahidə edilb. Bu isə, öz növbəsində, əhalinin manata qarşı olan inamının əsas göstəricisidir”,- deyə sədr qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/naxcivanda-xarici-valyuta-ile-olan-emanetlerin-hecmi-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR