"Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”na seçimlər aparılır

"Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”na seçimlər aparılır
15:12 19 Yanvar 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən reallaşdırılan "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı” "Kənd təsərrüfatı" mövzusunda ilkin seçimlərə başlayıb.
Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Bu yanvarın 8-dən etibarən reallaşdırılan "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı Nazirliyin dəstəyi ilə yaradılıb. Bu istiqamətdə 5-20 yanvar tarixləri üçün proqrama qəbul elan olunub.
Seçimlərə "Kənd təsərrüfatı" texnologiyaları üzrə startaplar müraciət edə bilərlər.
Seçim üçün əsas tələblər bunlardır: Komanda ən azı 2 nəfərdən ibarət olmalıdır; Komanda üzvlərindən ən azı 1 nəfər akselerasiya proqramında daimi iştirak etməlidir; Akselerasiyada daimi iştirak edəcək komanda üvzi ingilis dili bilməlidir; Qalan komanda üvzlərinin ingilis dili bilməsi üstünlük hesab ediləcək;Təqdim olunan məhsul/xidmət aydın şəkildə təsvir olunmalıdır; Məhsulun prototipi təqdim olunmalıdır; Məhsul müəyyən bazar seqmentinə uyğun olmalıdır; Qısa formada biznes plan təqdim olunmalıdır; Kənd təsərrüfatı ixtisasında kvalifikasiyanız və ya kənd təsərrüfatı sahəsində təcrübəniz üstünlük hesab ediləcək; Müvafiq sahə üzrə təqdim olunan biznesin fəaliyyətə başlamasından təxminən 1 il keçməlidir; İxrac bazarını araşdırmalı və yeni bazarlara daxil olmaq üçün hazırlıqlı olmalısınız; Təqdim olunan layihələr ixrac bazarlarını təmin edən/genişləndirən eləcə də əlavə dəyərli məhsulları/xidmətləri gücləndirən istiqamətdə olmalıdır.
Qeyd edək ki, INNOLAND Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. INNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/kend-teserrufati-texnologiyalari-uzre-startaplarin-akselerasiya-proq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR