Ronaldo həbs oluna bilər

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo yenidən məhkəmə qarşısına çıxacaq.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, vergidən yayınmaqda günahlandırılan portuqaliyalı superulduzu həbs cəzası gözləyir. Bundan əvvəl İspaniya Dövlət Xəzinəsinə 18,8 milyon avro ödəməyə hazır olduğunu söyləyən 33 yaşlı futbolçu 2 illik şərti cəza qərarı ilə razılaşmışdı. Ancaq yerli Maliyyə Nazirliyi Ronaldonun yenidən qanunu poza biləcəyini iddia edərək, məhkəmədən onun 2 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.

“Real”ın digər sabiq üzvü, hazırda “kral klubu”nun gənclər komandasında məşqçi işləyən Xabi Alonso da vergidən yayınmaqda ittiham olunur. İspaniyalı veteran futbolçunu isə 5 illik həbs cəzası və 4 milyon avro cərimə gözlədiyi bildirilir.

Qeyd edək ki, Ronaldo və Alonsonun məhkəməsi yanvarın 22-də Madrid şəhərində olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR