Mingəçevir şəhərində məcburi köçkün uşaqları üçün "Code for Future" ("Gələcəyi kodlaşdır") şüarı ilə həyata keçirilən Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə sənəd qəbulu başa çatıb.Milli.Az SalamNews-a istinadən xəbər verir ki, tədris Düşərgəsində iştirak etmək və gələcəyin ən önəmlı bacarıqlarından olan kodlaşdırmaya yeyələnmək üçün 358 şagird imtahanlarda iştirak edib. Seçimlərə əsasən, ən yaxşı nəticə göstərən 60 iştirakçı Düşərgəyə qəbul olunub.Həmin iştirakçılar ölkəmizin ən qabaqcıl müəllimlərinin iştirakı ilə 25 yanvar - 03 fevral 2019-ci il tarixlərində 10 günlük sürətləndirilmiş tədris düşərgəsində (bootcamp) iştirak edəcəklər. Proqram çərçivəsində məktəblilər proqramlaşdırmanın əsaslarını öyrənəcək, Scratch, HTML və CSS kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olacaqlar. Həmçinin layihənin davamlığını təmin etmək üçün 8 yerli İKT müəllimi də tədris prosesinə cəlb ediləcək. Şagirdlər kodlaşdırma dərsləri almaqla yanaşı, sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlavə təlimlərdə də iştirak edəcəklər.Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi Mingəçevir şəhər ərazisində məskunlaşmış məcburi köçkün məktəblilərinin İT savadlılığının artırılması və kodlaşdırma (programlaşdırma) bacarıqlarını inkişaf etdirilməsi, müəllimlərin tədris potensialını gücləndirilməsidir. Məktəblilərə dəqiq elmləri öyrətməyi, yeni kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyanKodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsində iştirak pulsuzdur. Lahiyə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.Bənzər layihə ilk olaraq 5-14 sentyabr 2018-ci il tarixlərində Cəbrayıl rayonundan olan məcburi köçkün uşaqlar üçün Biləsuvar rayonu ərazisində uğurla həyata keçirilib.Milli.Az
Məcburi köçkün uşaqları üçün layihə həyata keçirilir - FOTO
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
"Crocus"da ölən Vüqarın xanımının da cəsədi tapıldı - YENİ DETALLAR
"Krokus" hadisəsini kim və niyə törətdi? - AÇIQLAMA
"Krokus"dakı siyahıda 17 yaşlı Sevinc də var - ADLAR
3 uşaq anası 9 saatlıq estetik əməliyyatdan sonra vəfat etdi - Azərbaycanlı həkim ittiham edilir
Moskvadakı terror aktı belə hazırlanıb - YENİ FAKTLAR
Son xəbərlər »
Nobel mükafatlı alimə
29 Mart 2024
12:56
Sabah isti hava davam edəcək? -
29 Mart 2024
12:44
Bu tələblərin pozulmasına görə cərimələr və inzibati həbs müddəti
29 Mart 2024
12:40
Məşhur blogerdən Rəşad Dağlının oğluna jest -
29 Mart 2024
12:34
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradıldı
29 Mart 2024
12:28
Nazirlikdən ictimai-iaşə obyektlərinin sahiblərinə
29 Mart 2024
12:20
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib -
29 Mart 2024
12:16
"Fənərbağça" Türkiyə liqasından çıxır? -
29 Mart 2024
12:15
Su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri
29 Mart 2024
12:07
Şagirdlərin yerdəyişmə prosesi bu tarixdə
29 Mart 2024
12:01