Pasxa adasındakı nəhəng daş heykəllərin sirri açıldı - FOTO

Pasxa adasındakı nəhəng daş heykəllərin sirri açıldı - FOTO
18:17 19 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Moai Sakit okeanın Pasxa adasındakı daş heykəllərin adıdır.Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, adada 1000-ə yaxın belə heykəl var. Heykəllər Rapanui polineziyalıları tərəfindən XIII əsrdə inşa edilib.Amerikalı tədqiqatçılar heykəllərin hansı məqsədlə inşa edildiyini müəyyənləşdiriblər. Mütəxəssislərin fikrinə əsasən, platformalar şirin su mənbələrini göstərir.
Tədqiqat zamanı alimlər adanın xəritəsini hazırlayıblar və şirin su mənbələri ilə yanaşı digər təbii sərvətlər olan yerləri də işarələyiblər.
Məlum olub ki, meqalitik tikililərin yaxınlığında mədənlər var. Adanın digər hissəsində isə şirin su tapılmayıb.
Pasxa adasında 300-dən çox axu meqalitik platforması və 1000-ə yaxın moai daş heykəli var. Ehtimal edilir ki, ilk abidələr polineziyalıların Rapanui sivilizasiyası dövründə, XIII əsrdə inşa edilib. Moai abidələrinin təyinatı uzun illər alimlər arasında mübahisə mövzusu olub.
Bir çox tədqiqatçının fikrinə əsasən, abidələr əcdadların ilahiləşdirilmiş fiqurlarıdır və Rapanui cəmiyyətinin müxtəlif klanlarının simvollarıdır.
Hələlik alimlər adanın şərq tərəfində şirin su mənbələri tapıblar. Yaxın vaxtlarda bütün ada tədqiq ediləcək və teoriyanın doğruluğu sübuta yetiriləcək.
Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/722798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR