Liviya sahillərində gəmi qəzaya uğrayıb: 117 miqrant itkin düşüb

Liviya sahillərində gəmi qəzaya uğrayıb: 117 miqrant itkin düşüb
22:50 19 Yanvar 2019
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 117 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, xilasedicilər 3 nəfəri xilas edə bilib. Miqrasiya üzrə Beynəlxalq Təşkilatının nümayəndəsi Flavio di Cakomo deyib ki, gəminin göyərtəsində 120 nəfər olub: "İtkin düşənlərin arasında 10 qadın və 2 uşaq var".

Miqrantlardan çoxusu Qərbi Afrikadandır. Sağ qalanların sözlərinə görə, 40 nəfər Sudan vətəndaşıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3007998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR