​​​​​​​Uşaqlıq boynu xərçənginin müalicəsi tapılıb

​​​​​​​Uşaqlıq boynu xərçənginin müalicəsi tapılıb
23:47 19 Yanvar 2019
134 Maraqlı
Ölkə mətbuatı
A- A+

Avstraliyada qadınlarda tez-tez rast gəlinən uşaqlıq boynu xərçənginin müalicəsi istiqamətində araşdırmalar aparılır. Xəstəliyin müalicəsində istifadəsi nəzərdə tutulan vaksinlə bağlı aparılan araşdırmalar artıq ilk müsbət nəticəsini verib.Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Avstraliya 2007-ci ildən qız uşaqlarına insan papilloması virusuna qarşı İPV vaksinasiyası tətbiq edən ilk ölkədir.Hazırda Avstraliyada hər 100 min nəfərdən 7-də bu xəstəliyə rast gəlinir.Uşaqlıq boynu xərçəngi bədxassəli şişdir. Xəstəliyin inkişaf etməsinə əsas səbəb kimi insan papilloması virusu (İPV) göstərilir. Uşaqlıq boynu hüceyrələrində uzun müddət yaşayan bu viruslar həmin hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinə səbəb olur.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlıq boynu xərçənginin qadınlarda tez-tez rast gəlinən onkoloji xəstəlik olduğunu açıqlayıb.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/720924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR