Berndə fəaliyyət göstərn “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü yad edilib (FOTO)

Berndə fəaliyyət göstərn “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü yad edilib (FOTO)
04:55 20 Yanvar 2019
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü yad edilib və şagirdələrə Bakı şəhərində törədilmiş qanlı faciə ilə bağlı geniş məlumat verilərək, bu hadisələrin Azərbaycan xalqının müstəqillik uğrunda əzminin bariz nümunəsinin olması və Azərbaycanın suverenliyi naminə qəhramanlıq rəmzi kimi yaddaşlarda qalması qeyd edilib.

İlk öncə tarixə qisa ekskurs edilib və o zamanın qeyri-stabil dövrü barəsində məlumat verilib. 20 Yanvar hadisələri zamanı günahsız və silahsız insanların sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisənin Azərbaycan xalıqının ruhunu sındıra bilməməsi qeyd edilib. Şagirdlərə 20 Yanvar faciəsi ilə bağlı məlumatlatı özündə əks etdirən əyani-vəsaitlər təqdim edilib və şagirdlər bu mövzuda şerlər oxuyub.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilməsi bildirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3008024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR