Amerika eskadra mina gəmisini Qara dənizə göndərib

Amerika eskadra mina gəmisini Qara dənizə göndərib
07:57 20 Yanvar 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "USS Donald Cook" eskadra mina gəmisi Qara dənizə yola düşüb.
“Report” xəbər verir ki, bu barədə ABŞ HDQ-nin altıncı donanmasının mətbuat xidməti məlumat yayıb.
"USS Donald Cook" yanvarın 19-da şimal istiqamətində Dardanel boğazını keçməyə başlayıb, o, dənizdə təhlükəsizliyin təmin olunması, sabitliyin möhkəmləndirilməsi və NATO üzrə müttəfiqlərimiz və regiondakı tərəfdaşlarımız ilə birgə hazırlıq əməliyyatları həyata keçirmək üçün Qara dənizə gedir", - deyə məlumatda bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/amerika-eskadra-mina-gemisini-qara-denize-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR