Balakəndə içki məclisində dava düşüb, bir nəfər bıçaqlanıb

Balakəndə içki məclisində dava düşüb, bir nəfər bıçaqlanıb
08:52 20 Yanvar 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Balakən. 20 yanvar. REPORT.AZ/ Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gecə saat 00:03 radələrində rayonun 1988-ci il təvəllüdlü Xalatala kənd sakini Heltayev Ruslan Əli oğlu başın təpə hissəsinin kəsilmiş yarası ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı məlum olub ki, R.Heltayev həmkəndlisi ilə yeyib-içən zaman aralarında mübahisə düşüb. Bu zaman içkili vəziyyətdə olan qarşı tərəf əlində olan bıçaqla onun başına xəsarət yetirib. Yaralı başında cərrahiyyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
R.Heltayevi bıçaqlayan şəxs Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
İki gün əvvəl Samux rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/balakende-icki-meclisinde-dava-dusub-bir-nefer-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR