ABŞ-da 6,7 mindən çox aviareys ləğv olundu

ABŞ-da 6,7 mindən çox aviareys ləğv olundu
11:17 20 Yanvar 2019
62 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın şimal-şərq hissələrində bərk qar yağması səbəbindən 6783 aviareys ləğv olunub.Milli.Az report-a istinadən bildirir ki, bu barədə "FlightAware" saytı məlumat yayıb.CNN telekanalının məlumatına görə, pis hava şəraitinin törətdiyi fəsadlar Missuri və Men ştatları arasındakı ərazidə yaşayan 100 milyon insana təsir edə bilər.Belə ki, Tennesi və Missisipi ştatlarında yağış və tufan davam edir, İllinoys, Miçiqan və Ohayoda şiddətli külək əsir, Nyu-York və Pensilvaniya ştatlarında isə sinoptiklər yağış və bol qar proqnozlaşdırırlar.Bildirilir ki, pis hava şəraiti ilə əlaqədar olaraq Nyu-York qubernatoru Endryu Kuomo ştat yollarının böyük hissəsində avtobus və qoşqulu yük maşınlarının hərəkətini qadağan edib.Həmçinin qatarların hərəkəti məhdudlaşdırılıb.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/722908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR