PSJ "Çelsi"nin maraqlandığı futbolçu ilə anlaşdı

PSJ "Çelsi"nin maraqlandığı futbolçu ilə anlaşdı
12:42 20 Yanvar 2019
47 İdman
Ölkə mətbuatı
A- A+

PSJ "Çelsi"nin transfer hədəfində olan futbolçuyla anlaşmağa yaxındır.Milli.Az goal.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi "Zenit"in yarımmüdafiəçisi Leandro Paredesi heyətinə qatmağa hazırlaşır. 24 yaşlı futbolçuyla 4,5 illik müqaviləyə razılaşan PSJ, Rusiya klubuna 35 milyon avro təklif edib. "Zenit"in 50 milyon avro tələb etməsinə baxmayaraq, futbolçu komandadan ayrılmaq istədiyinə görə, tərəflər arasında yaxın zamanda razılığın əldə olunacağı bildirilir.Paredeslə "Çelsi"nin də maraqlandığı və yarımmüdafiəçi üçün ruslara 30 milyon avro təklif etdiyi deyilir.Cari mövsümün əvvəlində "Roma"dan 23 milyon avro qarşılığında "Zenit"ə transfer olunan argentinalı futbolçu, Rusiya klubunun heyətində iştirak etdiyi 22 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/722920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR