Qarabağ Çexiya klubuna qalib gəldi

Qarabağ Çexiya klubuna qalib gəldi
13:57 20 Yanvar 2019
65 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununa çıxıb.Milli.Az goal.az-a istinadən xəbər verir ki, rəqib Çexiya "Bohemians"ı olub."Gloria Sports Arena"da təşkil olunan qarşılaşma Azərbaycan klubunun əzmkar qələbəsi ilə yekunlaşıb - 3:1.Hesabı 24-cü dəqiqədə rəqib komandadan Yakub Nekas açıb. Lakin Filip Ozobiç 36, Donald Gerrye 62, Simeon Slavçev isə 90-cı dəqiqədə fərqlənərək fərqi "Qarabağ"ın xeyrinə dəyişiblər.Qeyd edək ki, "Qarabağ" əvvəlki yoxlama oyununda Macarıstan "Uypeşt"inə uduzub - 0:1. Rumıniya "Botoşani"si ilə qarşılaşma isə əlverişsiz hava şəraiti üzündən baş tutmayıb.Yoxlama oyunu"Qarabağ" - "Bohemians" (Çexiya) - 3:1Qollar: Filip Ozobiç, 36. Donald Gerrye, 62. Simeon Slavçev, 90 - Yakub Nekas, 24.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/722930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR