Cəlilabadda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib

Cəlilabadda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib
15:22 20 Yanvar 2019
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 29 il keçir.
"Report" xəbər verir ki, xalqımız milli azadlıq hərəkatının qəhrəmanlıq səhifələrindən olan yanvar hadisələrində şəhid olanların xatirəsini ehtiramla yad edir.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Cəlilabad rayonunda da 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib. Mərasimdə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon rəhbərliyi və sakinlər Cəlilabad şəhərinin mərkəzindəki Şəhidlər Xiyabanını ziyarət edərək, şəhid rəsmlərinin həkk olunduğu mərmər lövhələrin önünə tər qərənfillər düzüblər. Şəhidlərin ruhuna dualar oxunub. 











Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/merasimde-rayon-rehberliyi-ictimaiyyet-numayendeleri-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR