Ağcabədidə 20 Yanvar şəhidlərinin xatirəsi məcburi köçkünlər tərəfindən anılıb

Ağcabədidə 20 Yanvar şəhidlərinin xatirəsi məcburi köçkünlər tərəfindən anılıb
18:02 20 Yanvar 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədi. 20 yanvar. REPORT.AZ/ Ağcabədi rayonunda məskunlaşan məcburi köçkünlər 20 Yanvar faciəsinin şəhidlərini anıblar.
"Report"un yerli bürosu xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 yanvar 2019-cu il tarixdə qəsəbədəki Şəhidlərin xatirə kompleksi qarşısında geniş ümumrayon tədbiri keçirilib. Mərasimdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhidlərin ruhuna dualar oxunub. 
Şəhidlər Xatirə Kompleksi önünə rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən əklil qoyulmaqla, abidə ictimaiyyət nümayəndələri və rayon sakinləri tərəfindən ziyarət olunaraq, önünə tər qərənfillər düzülüb. Mərasimdə iştirak edən Laçından olan məcburi köçkünlər şəhidlərin xatirəsini ehtiramla yad ediblər.  



Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/sehidlerin-xatiresi-bir-deqiqelik-sukutla-yad-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR