"Qəbələ" Rusiya klubu ilə oyunda qələbəni əldən verdi

"Qəbələ" Rusiya klubu ilə oyunda qələbəni əldən verdi
22:48 20 Yanvar 2019
32 İdman
Ölkə mətbuatı
A- A+

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya bölgəsində davam etdirən “Qəbələ” komandası bu gün növbəti yoxlama oyununu keçirib.

Publika.az xəbər verir ki, “qırmızı-qaralar” ikinci görüşündə Rusiyanın “Yenisey” klubu ilə qarşılaşıb.

Belek qəsəbəsindəki “Cornelia Diamond” otelinin meydançasında təşkil olunmuş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. "Qəbələ"nin futbolçuları meydana qara sarğı ilə çıxıblar.

Qeyd edək ki, bu matç “Qəbələ”nin Antalyada ikinci sınağı olub. "Qırmızı-qaralar" ilk oyunda Almaniya “Meppen”inə 1:2 hesabı ilə uduzub.

Yoxlama oyunu

20 yanvar

18:00. “Qəbələ” – “Yenisey” (Rusiya) - 2:2

Qollar: Rauf Əliyev, 53. Sabien Lilay, 71-pen. - Aleksey Qritsayenko, 56. Mixail Komkov, 90


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/266872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR