Google necə işləyir?

Google necə işləyir?
23:37 20 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Dünya iqtisadiyyatının əsas dayaq nöqtələrindən birini təşkil edən, internet trafikinin 82%-ni idarə edən və 2013-ci ildə 53 milyard dollar gəlir qazanan dünyanın ən sürətli böyüyən, ən çox bəyənilən, ən çox danışılan şirkəti Google necə idarə olunur? www.readit.az - ın bu dəfəki məqaləsi dünyanın ən böyük və məhşur şirkətlərindən biri olan Google-un fəaliyyəti haqqındadır.Google-un iki idarəçisi -İcra heyətinin rəhbəri Erik Şmidt və vitse-prezident Conatan Rozenberq - tərəfindən yazılan və bütün dünyada çox satılanlar siyahılarında ilk sıralarda olan bu kitab Google-un yaratdığı dəyərlər və şirkət mədəniyyəti sayəsində dünyanın ən güclü şirkətlərindən birinə çevrilməsindən bəhs edir. Strategiya, rəhbərlik, qərar qəbul etmə mexanizmləri, rabitə, innovasiya kimi məsələlərdə yeni yanaşmalar təqdim edən "Google necə işləyir?" kitabı bir çox nümunələrlə dünyanın ən nəhəng şirkətlərindən birinin necə idarə edildiyini haqqında məlumatlar verir. Rəhbərlik və marketinq sahəsində son trendləri izləyən, şirkətini necə böyütmək və gücləndirmək haqqında düşünən, öz biznesini qurmaq istəyən və kariyera baxımındaan yüksəlmək istəyən insanlar üçün Google-un ən ağıllı iki rəhbərinin yazdığı bu kitab əvəzolunmaz məlumat mənbəyidir.Milli.Az biznesmen.az-a istinadən bildirir ki, Google 40-dan çox ölkədə 45.000-dən çox əməkdaşı olan 50 milyard dollarlıq bir şirkətdir. Şirkətin müvəffəqiyyəti qurucularının Google-da yeni, müasir bir iş mühiti yaratmaq üçün mövcud iş saatlarını və idarəetmə prinsiplərini yenidən işlədiklərini əks etdirir.Müəlliflər kitabda biznes qurmağa hazırlaşanlara uğur qazanmaq üçün özlərinin də əsaslandıqlarını bəzi prinsipləri tövsiyə edirlər:- Mükəmməl məhsullar və platformalar quraraq yüksək səviyyəli xidmətlər təqdim edin.- "İstifadəçiyə fokuslanın" və "pul məsələləri" özbaşına həll olunacaq.- Ən yaxşı axtarış sistemini istedadlı mühəndisləri seçərək və onlara azadlıq verərək yaradın.- Demokratik idarəetmə formasını seçin, insanların əməliyyatlar və proseslər tərəfindən narahat edilmədən işləməsinə icazə verin.- Şübhəniz olduqda, "mühəndislərlə danışın."Diqqət mərkəzində qalmağın yeganə yolu mükəmməl məhsullar təqdim etməkdir. İnsanlar həddindən artıq çox məlumat əldə edə bilər, ancaq böyük marketinq və reklam büdcəsinə sahib olmaq uğurun davamlılığını təmin etmir. Müvəffəqiyyətsizliyə və yeni sınaqlara səbəb olan riskli təcrübələrin xərcləri isə xeyli aşağıdır. Bu, bəzən yüksək texnologiyalı məhsullar üçün də keçərlidir. Prototipləri ucuz qiymətə hazırlayan 3D çap prosesi vasitəsilə bir çox fikri təcrübədən istehsala gətirmək mümkündür.Yeni bir məhsul yaradın, yerli və ya regional uğurlar qazanın, sonra satış, çatdırılma və xidmət kanalları yaradaraq, inkişaf vəziyyətinizə uyğun formada istehsal gücünü artıraraq bir addım da irəliləyin.Fəaliyyət zamanı komandanın əhəmiyyətini xüsusi qiymətləndirən Google rəhbərləri aşağıdakı xüsusiyyətlərə malik olan insanları işə götürməyinizi tövsiyə edir:1.Öyrənmək istəməyənləri deyil, daha ağıllı və bilikli insanları;2.Məhsulunuzun və mədəniyyətinizin dəyərini artıracaq insanları;3.Problemləri həll edən insanları;4.Həvəsli, özünü motivasiya edən və ambisiyalı insanları;5.Komanda ilə işləməyi bacaran və ilham verən insanları;6.Qrup və şirkətlə birlikdə inkişaf edən insanları;7.Çox tərəfli, unikal maraq sahələrinə və qabiliyyətlərə sahib insanları;8.Əxlaqlı və açıq ünsiyyət quran insanları;9.Və ən vacibi, mükəmməl hesab etdiyiniz namizədi.Nəhayət, bu möhtəşəm kitabın qısa məzmununu saytımızdan əldə etməklə, uğur əldə etmək üçün daha nələr etməli olduğunuzu qısa müddət ərzində öyrənə və tətbiq edə bilərsiniz.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/722618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR