2 qız ataları xəstələndiyi üçün kişi cildinə girərək 4 il bərbərlik ediblər - VİDEO

2 qız ataları xəstələndiyi üçün kişi cildinə girərək 4 il bərbərlik ediblər - VİDEO
00:47 21 Yanvar 2019
161 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hindistanın Uttar Pradeş əyalətində 2 bacı ataları xəstələndikdən sonra yeganə dolanışıq mənbəyi olan bərbərxanalarını 4 il boyunca kişi cildinə girərək işlədiblər.Milli.Az ölkə.az-a istinadən bildirir ki, Jyoti Kumari və bacısı Nehanın ataları 2014-cü ildə xəstələndikdən sonra bərbərxanalarını işlədən olmayıb.Neha və Jyoti bir müddət sonra bərbərxananı açaraq müştərilərin saçlarını kəsməyə başlayıblar. Jyoti bildirib ki, kənddəki insanlar saçları və saqqallarına kişi olmayan bir bərbərin toxunmasını yadırğadıqları üçün kişi cildinə girməyə qərar veriblər.Bacılar adlarını Deepak və Raju qoyub, saçlarını kəsdirərək ölkədə kişilər arasında məşhur olan dəmir biləkliklər taxıblar.
Jyoti təxminən 100 evlik kənddəki bir neçə nəfərin real kimliklərini bildiklərini, ətraf kəndlərdən gələnlərin də heç nədən şübhələnmədiklərini bildirib.Qızların atası Dhruv Narayan isə "Uşaqlarımın bu işi görməsi mənə əzab verir. Amma onlarla qürur duyuram. Ailəmizi böhrandan qurtardırlar" deyib.Milli.AzVideonu izləmək üçün şəklə klikləyin:
2 qız ataları xəstələndiyi üçün kişi cildinə girərək 4 il bərbərlik ediblər

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/722725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR