Feysbuk sosial şəbəkəsində ötən həftə start verilən və dünya miqyasında geniş maraq doğuran "10 illik dəyişiklik" hərəkatı (10 Year Challenge) müzakirələrə səbəb olub.Milli.Az xəbər verir ki, CBS televiziyası bu barədə informasiya yayıb.Xəbərə görə, insanların sosial şəbəkədə 10 il öncə və hazırkı vəziyyətlərini əks etdirən fotoları paylaşması əslində üztanıma (Face İD) alqoritmlərinin mükəmməlləşdirilməsinə xidmət edir.Nyu York Universiteti Stern İdarəçilik fakültəsinin professoru Emi Vebb də hərəkatın süni intellektin inkişafı üçün əvəzsiz fürsət olduğunu, bununla Feysbuk sistemlərinin istifadəçilərin görüntülərindəki kiçik dəyişiklikləri daha yaxşı tanıyacaq şəklə gətirilməsinə imkan verdiyini bildirib."Wired" texnologiya xəbərləri saytının əməkdaşı Keyt Oneil isə hərəkatın zərərsiz əyləncə olmadığını dilə gətirib. O, 10 il əvvəlki və indiki insanı özündə əks etdirən fotoların illərin dəyişdirdiyi nüansları tapmağa çalışan texnologiya üçün çox işəyarayan olduğunu vurğulayıb.Bu müzakirələrdən sonra Feysbuk şirkəti hərəkatla heç bir bağlantısı olmadığını açıqlayıb. Açıqlamada istifadəçilər tərəfindən başladılan hərəkatın öz-özünə yayıldığı və şirkətin burada heç bir maraq güdmədiyi bildirilib. Bu hərəkata Feysbukla yanaşı, İnstaqram və Tvitterdə milyonlarla insan qatılıb.Qeyd edək ki, Feysbuk istifadəçilərini və onlarla birlikdə foto çəkdirən insanları tanımaq üçün illərdir ki, üztanıma proqramından istifadə edir. (publika.az)Milli.Az
Mütəxəssislərdən XƏBƏRDARLIQ! - Feysbukda yayılan "10 Year Challenge" əslində bu məqsədlərə xidmət edir
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Hamamda ölən qız və oğlanın qonşuları danışdı -
19 Aprel 2024
11:35
Bu bürcləri şad xəbər gözləyir -
19 Aprel 2024
11:24
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib -
19 Aprel 2024
11:20
"Bu yaxınlarda parlament seçkisi olacaq" -
19 Aprel 2024
11:05
Milli Məclis 14 məsələnin müzakirəsinə
19 Aprel 2024
11:02
"Fənərbaxça"nın futbolçusu Avropa nəhənginə keçir
19 Aprel 2024
10:43
Bakıda marketlərdən küllli miqdarda
19 Aprel 2024
10:39
Bu il əhali ərzağa
19 Aprel 2024
10:27
Təmsilçimizin Avroviziyada ifa edəcəyi mahnı təqdim olundu -
19 Aprel 2024
10:26
Nicat Abasov məğlub oldu
19 Aprel 2024
10:21