Salyanda avtomobil piyadanı vurub

Salyanda avtomobil piyadanı vurub
08:57 21 Yanvar 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

Salyan. 21 yanvar. REPORT.AZ/ Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, qəza bu gün səhər saatlarında şəhərin X.R. Ulutürk prospektində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1973-cü il təvəllüdlü Xəlilov Bəxtiyar Ağamalı oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-avtomobil-piyadani-vurubdfrgyt

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR