Pele tənqid etdi, Neymar susmadı - "Nə istəsən deyə bilərsən"

Pele tənqid etdi, Neymar susmadı - "Nə istəsən deyə bilərsən"
10:57 21 Yanvar 2019
66 İdman
Ölkə mətbuatı
A- A+

Futbol əfsanəsi Pele PSJ-nin hücumçusu Neymarı tənqid edib.Milli.Az goal.az-a istinadən xəbər verir ki, Braziliya millisinin sabiq forvardı həmyerlisinin tez-tez simulyasiya etdiyini bildirib."Neymar güclü futbolçudur. Təəssüf ki, davranışları onun bacarığına kölgə salır. Dəfələrlə söhbət etmişəm. Simulyasiyanın onu gözdən saldığını demişəm. Dünya çempionatında belə halla daha çox rastlaşdıq", - Pele bildirib."Futbol kralı"nın tənqidinə münasibət bildirən Neymar mundialda simulyasiya etmədiyini vurğulayıb: "Qalib deyilsənsə, tənqidə məruz qalırsan. Dünya çempionatında heç bir artıq hərəkətə yol vermədim. Amma mənə qarşı kobudluq çox oldu. İnsanlar simulyasiya barədə danışır. Çünki tənqid hədəfi Neymardır. Nə istəsən deyə bilərsən. Pelenin tənqidinə hörmətlə yanaşıram. Lakin onunla razı deyiləm".Fransa çempionatında keçirdiyi 13 oyunda Neymar 13 qol vurub, 7 məhsuldar ötürmə edib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/723125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR