“Ağıllı” alışqan siqaret çəkməyi atmağa kömək edəcək

“Ağıllı” alışqan siqaret çəkməyi atmağa kömək edəcək
12:35 21 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Livanın elektronika istehsalçısı “Slighte” şirkəti siqaret çəkməyi atmağa kömək edən “ağıllı” alışqan təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, nikotindən asılı əksər insanlar zərərli vərdişdən əl çəkmək istəsə də, onlar arzuolunan nəticəyə müstəqil nail ola bilmirlər. Belə olan halda onlara müasir yardımçı vasitələr kömək edir. Onlardan biri məhz “ağıllı” alışqandır.

Bildirilir ki, “ağıllı” qurğu istifadə vaxtının analizini apardıqdan sonra riyazi hesablamalar edir və istifadəçi siqaret çəkmək istəyəndə qurğunun işə düşməsinə imkan verməyən alqoritm hazırlayır.

Qiyməti 129 dollar təşkil edən innovativ qurğunun bu ilin yayında satışa çıxarılacağı gözlənilir. “Slighter” şirkətinin texnologiyası Fransanın iki xərçəng institutu və profilaktika mərkəzi tərəfindən təqdim ediləcək birgə tədqiqat layihəsinin aparılması üçün seçilib.  

Nizam Nuriyev




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-58762-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR