Bu dərmanların Azərbaycana idxalı qadağan edildi

Bu dərmanların Azərbaycana idxalı qadağan edildi
13:23 21 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

“Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin "Thiogamma®Turbo" infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mətbuat xidmətinin rəhbəri Esmira Əkbərova məlumat verib.

E.Əkbərova bildirib ki, dərmanların geri çağrılmasına səbəb flakonlarda sterilliyin və apirogenliyin pozulması riskinin olmasıdır.

“Ümumdünya Səhiyyə Təşkilatı tərəfində dərman vasitələrinin təhlükəsizliyi üzrə alınmış siqnallardan sonra Çinin "Zhejiang Huahai Pharmaceuticals" şirkətinin istehsalı olan "Valsartan" dərman vasitəsi də geri çağrılıb. Buna səbəb dərmanın substansiyasında kanserogen xüsusiyyətlərə malik olan "N-nitrosodimethylamine"maddəsinin tapılmasıdır. Araşdırmaların davam edərkən həmin dərman vasitələrinin ölkəyə idxalı, topdan və pərakəndə satışı qadağan edilib. Bir daha xatırladıram ki, dərman ölkəyə idxal edilmədən geri çağrılıb. Bu da onun təhlükəsinin olmadığını göstərir”.

Qeyd edək ki, "Valsartan" arterial hipertenziyalı xəstələrin müalicəsi üçün, həmçinin ürək çatışmazlığı və ya miokard infarktı keçirmiş xəstələrin kombinə olunmuş müalicəsinin tərkibində istifadə edilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/266928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR