Azərbaycanlı hakimlərə danışılmış oyunlarla bağlı seminar keçirildi

Azərbaycanlı hakimlərə danışılmış oyunlarla bağlı seminar keçirildi
13:27 21 Yanvar 2019
40 İdman
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə təlim-məşq toplanışında olan hakimlər üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli "Hakim olaraq dürüstlük məsələləri və danışılmış oyunlar haqqında nələri bilməlisiniz?", "Əsas məqsəd sizi və futbolu qorumaqdır" mövzularında çıxış edib.Səlimli İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında da məlumat verib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/723146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR