Azərbaycan çempionatına seçim xarakterli zona birincilikləri keçiriləcək

Azərbaycan çempionatına seçim xarakterli zona birincilikləri keçiriləcək
13:50 21 Yanvar 2019
52 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın son 10 günündə yeniyetmə güləşçilər arasında zona birincilikləri keçiriləcək.

Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, fevralda təşkil olunacaq Azərbaycan çempionatına seçim xarakteri daşıyan yarışlar beş məkanda təşkil olunacaq.

Belə ki, yanvarın 22-23-də Sabirabadda, yanvarın 24-25-də Sumqayıtda, yanvarın 26-27-də Yevlaxda, yanvarın 29-30-da isə Gəncədə yeniyetmələrin mübarizəsi baş tutacaq.

Bakı çempionatı isə yanvarın 22-dən 26-dək davam edəcək. Bu yarışda paytaxtın gənc güləşçiləri də qüvvələrini sınayacaqlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3008352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR