TV və radio bu tarixlərdə işləməyəcək

TV və radio bu tarixlərdə işləməyəcək
14:03 21 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2019-cu il üçün efir məkanında kompleks profilaktika işlərinin ilkin qrafiki hazırlanıb.

Bu barədə Trend-ə teleradio yayımı bazarındakı mənbə məlumat verib.

Məlumata əsasən, bu il 4 kompleks profilaktikanın keçirilməsi nəzərdə tutulur. Profilaktika işləri martın 4-ü, iyunun 10-u, sentyabrın 16-ı və dekabrın 9-u keçiriləcək.

Qeyd olunur ki, hazırda qrafik teleradio şirkətləri ilə razılaşdırılma mərhələsindədir: "Qrafik teleradio şirkətləri ilə razılaşdırılıb və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilib".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/266933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR