Qurban Qurbanovdan Pedro açıqlaması

Qurban Qurbanovdan Pedro açıqlaması
14:37 21 Yanvar 2019
86 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın  baş  məşqçisi Qurban Qurbanov müqavilə ilə PAOK-a məxsus olan sabiq futbolçusu Pedro Enrikenin Ağdam klubuna qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Milli.Az xəbər verir ki, o, qol.az-a açıqlamasında bu xəbərləri təsdiqləməyib. 46 yaşlı mütəxəssis deyib ki, braziliyalı yarımmüdafiəçi ilə danışıqlar olmayıb və indi də aparılmır.Qeyd edək ki, P.Enrike mövsümün ilk hissəsini icarə əsasında "Astana"da keçirib. O, hazırda Qazaxıstan klubunun düşərgəsindıdir.Xatırladaq ki, Pedro ötən mövsüm icarə əsasında "Qarabağ"ın formasını geyinib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/723159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR