Məşhur aktrisa hiddətləndi: “Dolğunu sizinkimilər mənim şəklimi göstərib elətdirir”

Məşhur aktrisa hiddətləndi: “Dolğunu sizinkimilər mənim şəklimi göstərib elətdirir”
15:03 21 Yanvar 2019
152 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Ülviyyə Xəlilbəylinin 10 il əvvəlki halı müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, məşhur serial ulduzu 2009-cu ildə çəkilən şəklini instaqramda paylaşıb. "Bu da mənim 10 illik dəyişimim. Emo deyiləm" , - deyə Ü.Xəlilbəyli etiraf edib.

İzləyicilərinin aktrisanın üzündə plastik əməliyyat həyata keçirməsi ilə bağlı yazdığı rəylər aktrisanı hiddətləndirib.

"Dolğunu sizinkimilər mənim şəklimi göstərib elətdirir. Çünki mən həmişə avropasayağı üz quruluşunu bəyənmişəm. Heç vaxt da yanaq dolğusu etmərəm. İçiniz qurddan dağılmamış bir çarə qılın. Yanağımı dartmağa ehtiyacım yoxdur. Ehtiyacım olsa, 40 yaşdan sonra etdirərəm. O qədər axmaq deyiləm ki, dediklərinizi edib, özümü tez qocaldım".

Qeyd edək ki, məşhur aktyor Murad İsmayılla evli olan aktrisa "Uçurum" serialında həyat yoldaşı ilə tərəf müqabildir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/266939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR