Şəkidə avtomobil maneəyə çırpılıb, ölən və yaralanan var

Şəkidə avtomobil maneəyə çırpılıb, ölən və yaralanan var
15:37 21 Yanvar 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

Şəki. 21 yanvar. REPORT.AZ/ Şəki rayonunda yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şəki şəhər sakini, 25 yaşlı Tərlan Fərid oğlu İsgəndərov idarə etdiyi 55 BT 367 dövlət qeydiyyatı nişanlı "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi şəhərin giriş qapısına çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin - Şəki rayon sakini, 69 yaşlı Qərib Hacıyev qabırğaların çoxsaylı sınığı diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Qəzanın kəskin duman və yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sekide-avtomobil-qapiya-cirpilib-olen-ve-yaralanan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR