Yaponiya İrandan neft idxalını bərpa edib

Yaponiya İrandan neft idxalını bərpa edib
16:27 21 Yanvar 2019
46 Dünya
Ölkə mətbuatı
A- A+

Çin, Cənubi Koreya, Hindistan, Türkiyə kimi, Yaponiya da İrandan neft idxalını bərpa edib.Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İran Mərkəz Bankının rəhbəri Əbdülnasir Hemməti bildirib.O deyib: "Karbohidrogen satışından yeni gəlirlər tədricən ölkə iqtisadiyyatına daxil olacaq".Bank rəhbəri eyni zamanda ixracatşı şirkətlərlə imzaladıqları sazişlər nəticəsində ölkənin qeyri-neft ixracatının da artacağını söyləyib.Xatırladaq ki, 2018-ci il noyabrın 5-də ABŞ-ın İran neft sektoruna sanksiyaları qüvvəyə minib. ABŞ Maliyyə Nazirliyinə görə, İranın cəmi 700-dən çox fiziki və hüquqi şəxsinə, o cümlədən gəmi və təyyarələrinə qarşı tətbiq edilən sanksiyalardan Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan (Chinese Taipei), Türkiyə, Yunanıstan, İtaliya möhlət alıb.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/723222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR