“Vikipediya”da məşhur bəstəkar Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı

“Vikipediya”da məşhur bəstəkar Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı
17:12 21 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və "Şəms" Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və Dağıstanın Xalq artisti, bəstəkar Elza İbrahimova haqqında Azərbaycan dilində "Vikipediya"dakı məlumat 8 dilə tərcümə olunub.Kitabxanadan Milli.Az-a bildiriblər ki, MEK-in sərbəst elektron resurslar şöbəsinin nəzdindəki "Vikipediya" Metodik Mərkəzinin könüllüləri tərəfindən Ukrayna, ingilis, ispan, türk, italyan, yunan,rus,alman dillərində olan "Vikipediya"larda bəstəkar haqqında məqalələr yaradılıb.Məqalələrdə görkəmli sənətkarın həyatı, yaradıcılığı, əsərləri barədə ətraflı məlumat verilir. Qeyd edək ki, yanvarın 10-u bəstəkarın doğum günü idi.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/723237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR