"Sinemanın kral və kraliçası" yarışmasının Azərbaycan üzrə bu ilki təşkilatçısı aparıcısı Aysel Nazim keçən ilki seçim turlarında iştirakçılardan pul alınaraq aldadılmasına aydınlıq gətirib.
Publika.az xəbər verir ki, Aysel
Nazim bu barədə bu gün "Sinemanın kral və kraliçesi" yarışması ilə
bağlı keçirilən mətbuat konfransında danışıb. O, Türkiyədə "Bonne
Vie" jurnalının təşkil etdiyi “Sinema güzeli” yarışmasının Bakıda
seçim turu keçiriləcəyini və layihə rəhbəri olduğunu elan edib:
"Müsabiqədə 18-28 yaş arası oğlanlar və qızlar iştirak edə bilər.
Seçim turlarına yanvarın 27-dən etibarən start veriləcək. Bakı
seçiminin jüriləri Zümrüd Qasımova, Rüfət Nəzər, Anar Heybətov,
İlqar Əliyev, Rəşad Kəsəmənli, Gökhan Çoban və başqalarıdır.
Fevralın əvvəli isə Türkiyənin məşhur simaları Aleyna Solaker, Nesli Özsoy, Meral Konrat (Təhminə) , Nuri Alco( ilaç qazoz), Şenol İpek, Engin Çağlar və layihə rəhbəri Hakan Solaker Bakıya seçim etmək üçün gələcək.
Aysel Nazim daha sonra ötən ilki seçim turlarında
iştirakçılardan pul alınması məsələsinə toxunub:
"Kiməsə görə adımızın qaralanmasını istəmirəm. Hər kəs o aparıcının
onları aldatmasından, pul almasından, yalan vədlər verməsindən
danışır. Bu layihənin hüquqları məndədir və hər şey qanunladır.
İnsanların aldadılmasına və layihənin qaralanmasını göz yuma
bilmərəm. Bizim seçimlərimiz tamamilə ödənişsizdir. Başlıca
məqsədimiz iştirak edən gənclərə Türkiyədə yol açmaqdır. Odur ki,
özünə güvənən hər kəsi yarışmada özünü sınamağa dəvət edirik.
Münsif üzvləri öz xidmətlərini iştirakçılara təmənnasız təqdim
edəcək
Bəli, bu gün Türkiyədə yeni simalar çoxdur. Lakin o da həqiqətdir
ki, mən orda filmə çəkilməyə nail olmuşam. Bu halda gənc
istedadlarımızın özünü orada sınaması mümkündür".
Müsabiqənin münsifi olan Rəşad Kəsəmənli çıxışında
bildirib ki, bu vaxta qədər adına xələl gətirən heç bir işə imza
atmayıb.
"Puldan və fırıldaqdan söhbət gedə bilməz. Bizə maraqlıdır ki,
müsabiqədə seçilən gənc ölkəmizi yüksək səviyyədə təmsil etsin və
Türkiyədə bu sahə üzrə uğurlar qazansın" , - deyə o, sözlərinə
əlavə edib.
Xatırladaq ki, əməkdar artist Məlahət Abbasova
aparıcı Vüsalə Səidi fırıldaqçılıqda ittiham edib. Ötən il
Türkiyədə baş tutan layihənin Azərbaycan üzrə təşkilatçısı olan
Vüsalə Səid seçim turu keçirərək iki gənci Türkiyəyə aparıb. Bakı
seçimləri ilə bağlı münsif olan əməkdar artist Anar Heybətov gecə
ilə bağlı paylaşım edib. Onun statusuna əməkdar artist şərh yazaraq
ötən il gənclərin aldadıldığını bildirib: "Mən Türkiyədə yaşayıram.
Burada kifayət qədər yeni sima var. İnsanları niyə aldadırsınız?
Ötən il də bu cür yarışma keçirildi. Orada birinci seçilənlər
hardadır? Hər kəsdən pul alıblar. İndi isə onlar ortada
yoxdur".
Aysel Nazim sonda onu bildirib ki, seçimlərdə qələbə qazanan
finalçılar Türkiyədə, Osman Yağmurdereli Sənət Akademiyasında
pulsuz aktyorluq təhsili almaq imkanı əldə edəcək.