Gəncə Dövlət Flarmoniyasında “Kəpəz Kuboku 2019” yarışması keçiriləcək - FOTO

Gəncə Dövlət Flarmoniyasında “Kəpəz Kuboku 2019” yarışması keçiriləcək - FOTO
17:37 21 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

26-27 yanvar Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Gəncə Dövlət Flarmoniyasında "Kəpəz Kuboku 2019" yarışması keçiriləcək.Milli.Az xəbər verir ki, yarışmaya təşkilatı dəstək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Jam Group. Yarışma yaş kateqoriyasına görə keçirilir: beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi), ergin (16 yaş və yuxarı).Azərbaycan Rəqs Assosiasiyası: "Ölkəmizdə gənclər arasında incəsənətimizə böyük maraq var. Keçirilən festivallar, müsabiqələr bu marağın artmasına səbəb olur, gəncləri bu sahələrə sövq edir. Yarışmaların, rəhbər və müəllimlərlə görüşlərin keçirilməsində əsas məqsəd incəsənətin bütün növlərinin və musiqi janrlarının - həm milli muğam, həm də milli klassik və instrumental ifaçılıq, yaxud ifaçılığın digər növlərinə maraq obyektinin daha da artmasına və bu sahələrdə bacarığı olan gənclərimizin inkişafına səbəb olmaqdı".İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.azMilli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/723239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR