Bakıda piyadanı avtomobillə vurub hadisə yerindən qaçan sürücü tutulub

11:12 14 Yanvar 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 11:11 ]


Bakı. Fuad Cəfərov -APA. Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 12-də günorta saatlarında Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Bayramovu avtomaşınla vuraraq ona ağır bədən xəsarəti yetirib hadisə yerindən qaçan şəxsin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Eldar Əhmədov müəyyən olunub. Sürücü idarə etdiyi "VAZ 2106" markalı avtomobillə saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368998

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR